Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-29 11:25:00
Marsdan yeni fotolar göndərildi

ABŞ-ın Milli Aviasiya və Kosmik Təhqiqatlar Agentliyi (NASA) “Perseverans” aparatının Mars planetindən göndərdiyi yeni fotoları yayıb.

 

AzEdu.az  “Sabah”a istinadən xəbər verir ki, 142 fotodan ibarət 360 dərəcəlik panorama NASA-nın saytında dərc edilib.

 

Bu görüntülər indiyədək göndərilən fotoların arasında ən aydın görünənidir.

 

“Perseverans” ötən il iyunun 30-da ABŞ-ın Floridadakı Kanaveral burnu kosmik stansiyasından (“Cape Canaveral”) buraxılıb. 7 ay müddətinə 470 milyon km-lik məsafəni qət etdikdən sonra 2021-ci il fevralın 20-də Marsa enib.

 

Qırmızı planetdə yeni layihə və aparatın Marsa enməsi üçün 2,4 milyard ABŞ dollar, sistemə isə 300 milyon ABŞ doları xərcləndiyi bildirilib. “Perseverans”ın 2 il Marsda qalacağı planlaşdırılıb.