Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-29 10:13:00
Bakıda lisey də COVID-19-a görə iki həftəlik BAĞLANIR  

Bakıda daha bir təhsil müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçir.

 

AzEdu.az xəbər verir ki, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyində oxuyan şagirdlərin valideynlərinə bununla bağlı məlumat verilib.

 

Liseyin direktoru Nasim Abışov isə “Report”a açıqlamasında təhsil ocağında yoluxma faktlarının olduğunu təsdiqləyib: “Hazırda Gigiyena və Epidemiologiya Mərkəzinin karantin müddətinin verilməsi ilə bağlı rəyi gözlənilir”.(Report)