Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-26 15:34:00
Milli olimpiadaçılarımız məşhur instituta qəbul olundular 
"Bayram ərəfəsində aldığımız növbəti xoş xəbər!
Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzinin dinləyiciləri, fizika, kimya və informatika fənləri üzrə olimpiadaçılarımız Bakı, Gəncə, Sumqayıt məktəbliləri
Cənubi Koreyanın Elm və Yüksək Texnologiyalar İnstitutuna (KAIST) qəbul olublar".
 
 
AzEdu.az xəbər verir ki, bunu limpiadalara Hazırlıq Mərkəzinin rəhbəri  Fuad Qarayev  bildirib. O, şagirdlərin adlarını da açıqlayaraq onları təbrik edib:
 
 
Xanım Yaqublu, Amin Cəlilov, Mətin Muradlı, Rza Hüseynov, Əziz Hüseynov, Murad Bəşirov, Sirac Yəhyazadə, Ayhan Suleymanzadə hər birinizi təbrik edirik!
Şagirdlərimiz üzərində əməyi olan Rəşadət  Qədiməliyev, Rəşad  Səlimov, Rəşad Məmmədov, Rüfət Hüseynzadə başda olmaqla  bütün müəllimlərimizə öz minnətdarlığımızı bildiririk.
Uğurlar". 
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları