Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-26 10:22:00
"Pfizer" uşaqlar üçün vaksini gələn tədris ilinədək hazırlayacaq  

"Pfizer" 12-15 yaşlı uşaqlar üçün yeni növ koronavirus (COVID-19) əleyhinə vaksini növbəti tədris ili başlayanadək hazırlayacaq.

AzEdu.az  xəbər verir ki, bu barədə "Pfizer"in peyvənd klinik tədqiqatları və inkişafı üzrə baş vitse-prezidenti Uilyam Qraber bildirib.

Onun sözlərinə görə, şirkət hazırda kliniki sınaqlar həyata keçirir, artıq 12-15 yaş aralığından olan 2 259 yeniyetmədə vaksinin tətbiqi dəyərləndirilib və yaxın vaxtlarda effektivlik və təhlükəsizliklə bağlı tarix ictimaiyyətlə paylaşılacaq.

Qraber onu da qeyd edib ki, yaşı 18-dən az olanların vaksinasiyası virusun yayılmasının qarşısının alınması baxımından önəmli addım olacaq. (apa)