Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-19 12:48:00
Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlandı  

Bu gündən Quba rayonunun Alekseyevka kənd tam orta məktəbi və 4 nömrəli tam orta məktəb-liseyində dərslərin distant formada keçirilməsi qərara alınıb.

AzEdu.az-ın məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

 

Qeyd edək ki, ötən gün Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı koronavirusa görə 626 sinfin distant təhsilə keçirildiyini, onlardan 233 məktəbdə dərslərin artıq bərpa edildiyini deyib.