Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 16:47:00
Məktəbdaxili qiymətləndirmələr azaldılmalıdır – Nazirdən vacib müraciət 

 

 

“Sizin oxuduğunuz məktəblə övladınızın oxuduğu məktəb arasında mütləq fərq olmalıdır. Müəllimlərimiz qiymətləndirməni düzgün aparsa, bu prosesi obyektiv təşkil etsə, təhsilimiz daha da inkişaf edər”.

 

AzEdu.az-ın məlumatına görə,  bu fikirləri Təhsil naziri Emin Əmrullayev şəxsi facebook hesabında “Təhsilin keyfiyyətinə təsir edən amillər” altında olan canlı yayım zamanı deyib.  O, məktəbdaxili qiymətləndirmələrinin azaldılmasının vabinliyini qeyd etdi:

 

“Ümumən məktəbdaxili qiymətləndirmədə şagirdin yükünü azaltmaq və qiymətləndirmələrin azaldılmasının vacibliyini düşünürəm. Bunu müzakirə edib ictimaiyyətlə bölüşəcəyik. DİM-lə çox sıx işləyirik və  çalışırıq ki, dərsliklərin məzmunu ilə imtahan arasında sıx bağlılıq olsun”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları