Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 15:52:00
Azərbaycanda daha 933 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər sağalaraq evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 243 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 894 nəfər müalicə olunaraq sağalıb, 3 314 nəfər vəfat edib, aktiv xəstə sayı 8216-dır.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 188, bu günə qədər isə ümumilikdə 2 746 681 test icra olunub.