Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-06 17:17:47
Liseylərin V sinfinə qəbul üzrə müsabiqənin nəticələri AÇIQLANDI    

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki liseylərin V sinfinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

AzEdu.azxəbər verir ki, valideynlər müsabiqənin nəticələri barədə məlumatı müraciət etdikləri təhsil müəssisələrindən əldə edə bilərlər. 

Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbul üçün müsabiqədə 1 421 nəfər iştirak edib. Onlardan 880-i Texniki-Humanitar Liseyə, 122-si 2 nömrəli Texniki-Humanitar Liseyə, 225-i 147 nömrəli Texniki-Humanitar Liseyə, 194-ü isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün müsabiqəyə qatılıb.