Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-16 14:37:00
Salyanda bir sinif distant təhsilə keçdi  

Salyan rayonunda bir sinif fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

 

AzEdu.az xəbər verir ki, rayonun Arbatan kənd tam orta məktəbində 9-cu sinif şagirdlərinin birində COVID-19 infeksiyası aşkar olunub.

 

Bu səbəbdən məktəbin sözügedən sinfi Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında distant təhsil sisteminə keçib.

 

Hazırda rayonun bütün təhsil müəssisələrinə tam nəzarət olunur.(Report.az)