Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-15 15:46:00
“Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilib” - Məktəb direktoru

“Keçmişlə müqayisə etsək, bu gün Azərbaycan regionun lider dövləti olmaqla yanaşı, çoxşaxəli siyasət nəticəsində ən ümdə gedən məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirən bir dövlətə çevrilib. Son onilliklərdə ölkədə sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları uğurla həyata keçirilib, ölkə iqtisadiyyatı ən uğurlu mərhələyə çatdırılıb”.

 

AzEdu.az   xəbər  verir ki, bu sözləri Bakı Şəhəri 314 nömrəli tam orta məktəbin direktoru Səfa Xəlilov deyib. O bildirib ki, ölkəmizin iqtisadi və geopolitik qüdrətinin artmasında əsası 1994 - cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyasının həlledici rolu və yeri var:

 

“Ölkədə həyata keçirilən iqtisadi siyasətin əsas məqsədi Azərbaycanın hərtərəfli tərəqqisinə nail olmaq, yəni, ölkənin zəngin resurslarını qeyri-neft sektorunun inkişafına yönəltməkdir. Bu istiqamətdə əsas hədəf Azərbaycanı xammal ixrac edən ölkədən sənaye məhsulu ixrac edən dövlətə çevirməkdir. Bu gün dünya İlham Əliyevi islahatçı Prezident kimi tanıyır və qəbul edir. Dünya Bankının “Doing Business-2020” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə ölkəmiz 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə isə 5-ci yerdədir. Azərbaycan vətəndaşları ölkə rəhbərliyinin şüurlu seçimi olan islahatların bilavasitə şahididir, onun müsbət nəticələrini gündəlik həyatda hiss edirlər. Son bir ildə isə islahatlar daha dərin, inqilabi xarakter alıb. Dövlətimizin başçısı bunun anonsunu 2018-ci ilin aprelində, prezident seçkiləri ərəfəsində vermişdi: Gələcəkdə əsas məsələ yenə də idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətimizin səmərəsinin artırılması, sahibkarlar və iqtisadiyyatın şaxələndirilməsi üçün daha yaxşı şərait yaradılması olacaq”.

 

Bu gün dövrümüzün bəlası olan COVİD- 19 pandemiyasının təsirinə məruz qalan dövlətlərdən biri olaraq ona qarşı mübarizədə apardığı islahatlardan ən önəmlisi ilk olaraq əhalinin sağlamlıqının qorunmas üçün modul tipli xəstəxanaların sayının artırılması, maska fabrikinin fəaliyyətə başlaması oldu. Əsas iqtisadi təlabatın qarşılanması üçün əhalinin təcrid edilməsi ilə yanaşı dövlət tərəfində müavinat alan hər kəsin əmək haqqını davamlı verilməsi, özəl sahibkarlara müvəqqəti işsizliyə görə sığorta yardımların olunması və işsiz olan vətəndaşlara sosial müavinətlərin olunması bir daha cənab Prezidentin xalqın yanında olduğunun bariz nümunəsi saymaq olar.

 

Çətin zamanda torpaqlarmızın 30 ilə yaxın işğal edilmiş təcavüzkar ermənistanın mütəmadı olaraq son zamanlar təxribatçı hərəkətləri 2020- ci ilin 12-14 iyulunda Tovuz rayonu ərazisindən dövlətmizin strateji obyektlərmizə qarşı təxribatçı hərəkətlərinə cavab olaraq, yenidən 27 sentyabrda mənfur düşmənin hücumuna cavab olaraq əks hücum əməliyyatına başlayaraq müzəffər ordumuzun 44 günlük müharibədə tariximizi ən parlaq anını itrilmiş torpaqlarımızın geri qaytararaq düşmən üzərində Zəfər çalaraq düşmənə kapituliyasiya müqaviləsini imzalamaqa məcbur etdi”.

 

“Bu təkcə müharibə meydanında qalib gəlməklə deyil, həm də beynəlxaq aləmdə Azərbaycanın haqq səsini dünya medyasının suallarını tutarlı cavablarla susdurmaqda bu vaxta kimi dağlıq qarabaq münaqişəsinin həlli üçün yaranmış ATƏT-in Minsk qrupunun heç bir tədbir görməməsi BMT-in qətnaməsində qəbul edilmiş dövlətmizin ərazi bütövlüyünü zəpt etmiş ermənistana qarşı heç bir tədbir görülmədiyini ən sonuncu hərb yolu ilə qəbul edilmiş qərarı bərpa etdiyini bildirdi. Azərbaycanın düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın bütün ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmışdır. Bunun nəticəsində ölkəmizdə transmilli iqtisadi layihələr uğurla həyata keçirilir, milli mənafelərimiz beynəlxalq aləmdə uğurla qorunur və ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur. Bir sözlə, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır”, - deyə S. Xəlilov bildirib.