Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-14 13:49:00
Şagirdlər yol hərəkəti qaydalarını öyrənirlər  

Saatlı rayon  V.Əzimov adına Qıraqlı kənd tam orta, M.Ağayev adına şəhər 2 nömrəli ümumi orta  məktəblərində  yol hərəkətinin təhlükəsizliyinə dair tədbirlər keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə RPŞ-nin əməkdaşı, məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.

 

Təhsil şöbəsindən bidiriblər ki, tədbirdə təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılması tövsiyə olunub və hamının qanunlara riayət etməyə borclu olduğu diqqətə çatdırılıb. Şagirdlərə yol hərəkəti qaydaları və yol nişanları barədə ətraflı məlumat verilib. Onlara yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyi vurğulanıb.

 

Azərbaycan müəllimi