Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-13 17:14:00
Koronavirusa yoluxanların sayı 700-ü keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər sağalaraq evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 239 692nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 726 nəfər müalicə olunaraq sağalıb, 3 276 nəfər vəfat edib, aktiv xəstə sayı 5 690-dır.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 470, bu günə qədər isə ümumilikdə 2 701 181test icra olunub.