Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-13 15:08:00
Ən böyük asteroid martın 21-i Yer kürəsinə maksimal həddə yaxınlaşacaq

Bu barədə Amerikanın Milli Kosmik və Aviasiya Agentliyinin (NASA) saytında bildirilib.


AzEdu.az xəbər verir ki, göy cismi Yerdən 2 milyon kilometr məsafədə uçacaq. O, 2021-ci ildə planetimizə yaxınlaşan ən böyük asteroid olacaq.


Göy cismi 2001-ci ilin martında kəşf edilib, Appolon qrupundandır. “2001 FO32” asteroidinin diametri 914 metrdir. Onun Yerə qeyri-adi 124 000 km/saat sürətlə yaxınlaşacağı bildirilib. Bu asteroid ulduzlar ətrafında bir dövriyyəsini 810 günə başa vurur.