Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-13 10:20:00
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib  

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “dərs vaxtı” proqramı martın 12-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən bildirilib ki, proqramda xalçaçı, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, avtomatika üzrə usta, tədbirlərin təşkilatçısı, üzümçülük və şərab ustası, hesablama əməliyyatları ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.