Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 18:00:00
Kimya müəllimi şagirdini azotla yandırdı

Şagirdini kimyəvi turşuyla yandıran müəllimin məhkəməsi keçirilib.


AzEdu.az nypost-a istinadla bildirir ki, şagirdinin üstünə maye halında azot tökməklə onun qasıq bölgəsini və barmağını yandıran müəllim hakim qarşısına çıxarılıb.


Olay ABŞ-ın İllinoys ştatında yaşanıb. Çikaqodakı məktəblərin birində kimya müəllimi işləyən 66 yaşlı Garry Broderson şagirdini yandırdığına görə həbs olunub. O, 1 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.