Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 16:25:00
“Gənclərin psixoloji problemlərinin yaranmasına cəmiyyətin təsiri” mövzusunda vebinar keçiriləcək  

Martın 15-də “Gənclərin psixoloji problemlərinin yaranmasına cəmiyyətin təsiri” mövzusunda vebinar keçiriləcək.

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, vebinarda Türkiyə Trabzon Dövlət Universitetinin müəllimi Mehmet Palancı məruzə edəcək. Uşaq və gənclərə psixoloji dəstəyin əhəmiyyəti, onların psixoloji vəziyyətinin və problemlərinin mənşəyinin müəyyən olunması, valideynlərin və cəmiyyətin bu prosesdəki rolu haqqında ətraflı məlumat verəcək.

Tədbir türk dilində keçiriləcək. Vebinarda iştirak etmək istəyənlər Təhsil İnstitutunun saytında qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, Mehmet Palancı gənc nəslin psixoloji cəhətdən sağlam yetişdirilməsi istiqamətində bir sıra araşdırma və təhlillərin müəllifidir. O, həmçinin MEM Psixologiya Mərkəzinin həmtəsisçisi və psixoloqu, Uşaq və Gənclərin Problemlərinin Araşdırılması Dərnəyinin qurucusudur.