Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 14:19:00
Ötən il bu qədər müəllim MİQ yolu ilə işə qəbul olunub – Yüksək rəqəm

 

 

 

“Müəllimlərin işə qəbul qaydaları şəffaflıq və obyektivlik baxımından təkmilləşdirilib”.

 

AzEdu.az xəbər verir ki, bu fikirlər Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında qeyd  olunub.

 

Hesabatda vurğulanır ki, müəllimlərin işə qəbul müsabiqəsi sertifikasiya imtahanları ilə uyğunlaşdırılıb. Müəllimlərin yerdəyişməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilib, proses zamanı sosial ədalət prinsipi tətbiq edilib, bununla əlaqədar müvafiq meyarlar işlənilib və nəzərə alınıb.

 

Nəticədə müəllimlik rəqabətli peşəyə çevrilib və ən yüksək göstəricisi olan abituriyentlər arasında bu ixtisası seçənlərin sayı dəfələrlə artıb.

 

2020-2021-ci tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsi ilk dəfə olaraq ölkənin müxtəlif bölgələrində- Bakı, Gəncə Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağacabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı,   Ağstafa və Tovuz daxil olmaqla  17 rayon üzrə 32 mərkəzdə keçirilib. Elektron sistemə 53,9 min müraciət daxil olub, müsabiqənin nəticələrinə əsasən 7,9 min müəllim işə qəbul edilib. Kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlərin tətbiqi davam etdirilib. 10 mindən çox müəllim həmin tədbirlərdən faydalanıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları