Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 12:14:00
DİM bu  dərsliklərin monitorinqini  apardı  

Dövlət İmtahan Mərkəzində (DİM) respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 5-11-ci sinif “Russkiy yazık”, “Literatura” və “Fizika” dərsliklərinin elmi-metodik monitorinqi aparılıb.

 

DİM-dən AzEdu.az -a bildirilib ki, müvafiq fənlər üzrə işçi qrupları tərəfindən dərsliklər məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib, təkliflər bildirilib.

 

Fənlər üzrə işçi qrupları tərəfindən dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.