Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 11:00:00
  Milli qiymətləndirmə ilə bağlı əsas suallara vacib cavablar-RƏSMİ

 

 

III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirməyə start verilib. 7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan qiymətləndirmə əyani şəkildə keçirilir və COVİD-19 pandemiyasına uyğun gigiyenik şərtlər daxilində ölkənin təsadüfi seçilmiş 20 regionunu əhatə edir. 

 

 

Milli qiymətləndirmənin məqsədi ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etmək, şagirdlərin mənimsəməsini ölçməkdi. 

 

 

AzEdu.az xəbər verir ki, Təhsil İnstitutunun direktor  müavini Ülkər Babayeva Xəzər Xəbərə açıqlaması zamanı milli qiymətləndirmənin hansı səbəbdən keçirildiyinə aydınlıq gətirib:

 

 

“Milli qiymətləndirmə müxtəlif sinif səviyyələri və fənlər üzrə mənimsəmə faizini müəyyən etməyə şərait yaradır. Həmçinin, regionları müqayisə edərək harada mənimsəmənin aşağı, harada yuxarı olduğunu müəyyən etməyə də imkan verir”. 

 

 

O, məktəbdaxili qiymətləndirmə ilə, milli qiymətləndirmə arasındakı fərqə də toxunub:

 

 

“Məktəbdaxili qiymətləndirmə birbaşa müəllim və təhsil kollektivi tərəfindən həyata keçirilir. Burada nazirlik və Təhsil İnstitutunun müdaxiləsi yoxdur. Milli qiymətləndirmə isə tədqiqat xarakterlidir və onu institut keçirir. Adətən bu, il ərzində bir neçə dəfə təşkil edilir. Biz bununla datanı analiz etdikdən sonra neçənci sinfin hansı region üzrə fənlər arasında mənimsəməsində nə kimi fərqlər olduğunu bilirik.

 

 

Fənlər üzrə nəticələr ürəkaçan olmadıqda bununla bağlı şagirdlərə dəstək üsulları hazırlanır. Əgər hər hansısa bölgədə vəziyyət yaxşı deyilsə, mövzular istənilən dərəcədə aşılanmayıbsa, xüsusən də, bu mövzular cari tədris ilinə aiddirsə, onlara bir daha qayıtmaq və dərindən tədris etmək lazımdır. Bu tip tədqiqatlar növbəti qərarlar üçün zəmin yaradır”. 

 

 

Qeyd edək ki, milli qiymətləndirmə şagirdlərin məktəbdaxili qiymətləndirməsinə təsir etməyəcək. Proses 5-12 mart tarixini əhatə edir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları