Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-09 16:57:00
Buraxılış imtahanına salınacaq sualların YENİ QRAFİKİ-RƏSMİ

 

 

DİM tərəfindən Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə razılıq əsasında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün materialların məzmununda və təşkilində sadələşmə aparılması üçün təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

 

Nəzərdə tutulan yeniliklərlə bağlı, yəni ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bir mərhələdə keçirilməsi, imtahan proqramı və yeni imtahan modeli 2020-ci ilin dekabrında “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunaraq ictimaiyyət məlumatlandırılıb.

 

Yeni təqdim olunan modelə əsasən, imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar istifadə olunmayacaq. İmtahanda iştirakçılara qapalı tipli tapşırıqlar və kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunacaq.

 

AzEdu.az DİM-ə istinadən, tapşırıqların tipi  və  sayını təqdim edir:

 

 Tədris dili– Dil qaydalarına dair 10 qapalı tapşırıq;
  – Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq; bunlardan 8-i qapalı, 2-si açıq tipli (cavabı kodlaşdırıla bilən seçim formalı).


        Cəmi:30 tapşırıq

 

Riyaziyyat-Qapalı tipli 21 tapşırıq;
  – Cavabı kodlaşdırıla bilən açıq tipli (hesablama) 4 tapşırıq.
        Cəmi: 25 tapşırıq

 

Xarici dil (ingilis,   alman, fransız, rus,   ərəb, fars)  – Dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq; bunlardan 5-i qapalı və 1-i cavabı kodlaşdırıla bilən seçim formalı;
  – Dil qaydalarına dair 16 tapşırıq: bunlardan 14-ü qapalı və 2‑si açıq tipli (cavabı kodlaşdırıla bilən seçim formalı);
  – Oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq; bunlardan 7-si qapalı və 1-i açıq tipli (cavabı kodlaşdırıla bilən seçim formalı).
        Cəmi: 30 tapşırıq

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları