Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 11:12:00
İngilis dilini öyrənməyin 10 ƏN ASAN ÜSULU-MARAQLI

Zaman hər insan üçün ən qiymətli dəyərdir. Hər kəs hər şeyin tez bir zamanda həll olunmasını istəyir. Buna dil öyrənmək də daxildir. Onlayn ingilis dili öyrədən müəllim Beils bu mövzunu araşdırıb və bu yolda sizə faydalı olacaq 10 üsul hazırlayıb. AzEdu.az həmin metodları təqdim edir:

1.İngilis dilini öyrənmək üçün əvvəlcə hədəflərinizi dəqiqləşdirin:

Özünüzə real hədəflər müəyyən edin.

  1. İngiliscə kitablar, hekayələr və ya hər hansı mətnlər oxuyun.

Hazırda ingiliscə materialları istədiyimiz sayda internetdən əldə edə bilərik. Bu üsul ingilis dilini öyrənmək üçün ən sürətlisidir.

3.Hər fürsətdə ingiliscə bir şeylər dinləyin.

Musiqi dinləməyi sevirsinizsə, ingilis dilində olan mahnılara müraciət etməlisiniz. Bundan əlavə, səsli kitablar, səsli hekayələr, ted x və s. dinləyə bilərsiniz.

  1. İngiliscə danışmağa çalışın.

İngilis dilində sərbəst danışmağı düşünənlər mütləq hər gün onlayn ya da yaxınlıqdakı dostlarıyla bu dildə danışmağa çalışmalıdır. İngiliscə danışma imkanları yaradın. Həmin mühiti formalaşdırmağa səy göstərin.

  1. Qrammatikanı öyrənin.

Dili öyrənmək üçün qrammatikasını bilmək lazımdır. Xüsusilə ingilis dili danışıq üçün qrammatika tələb edir. Bunun üçün çoxlu youtube hesabları mövcuddur.

  1. Həyatınıza daha çox ingiliscə daxil edin.

Filmləri və ya serialları daha çox ingiliscə və ya ingilisdilli altyazılarla izləyin.

  1. Tək-tək söz öyrənməyin, onları sinonimləri və ya antonimləri ilə yadda saxlamağa çalışın.

Bunun üçün lüğətlərdən istifadə edin. Bir sıra onlayn lüğətlərdən faydalana bilərsiniz. Dictionary, quora və s.

  1. Hobbilərinizi ingilis dilində gerçəkləşdirin

Hobbiləriniz və istəkləriniz nə olursa, olsun ingilis dilinizi inkişaf etdirmək üçün çalışın. Maraqlandığınız mövzulara uyğun kanallara abunə olun, sosial media hesablarını izləyin.

  1. İngilis dili kursuna gedin.

Təsirli, qalıcı dil öyrənmək üçün ingilis dili kurslarına müraciət edin. Təhsilinizə özgüvənlə başlayın. Onlayn ingilis dili dərslərini, proqramlarını vaxt itirmədən kəşf etməyə çalışın.

  1. Səyahət xəyalları qurun və planlamaya başlayın.

Amerika, İngiltərə, Kanada, Avstraliya başda olmaqla ingilis dilində danışılan ölkələrə səyahət planlayın. Səyahət əsnasında ingiliscə danışıb bilmədiklərinizi sürətlə öyrənə biləcəksiniz.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları