Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-08 14:20:00
Təhsil naziri: Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir

Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər. Təhsil prosesinin də mərkəzində qadınlar dayanır.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində paylaşıb. O qeyd edib ki, Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir: “Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir Vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram”.