Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-01 12:55:00
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi başlayır

Müsabiqə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında layihə təkliflərinin qəbulu, texniki ekspertiza, məzmun ekspertizası, qaliblərin elan edilməsi mərhələləri üzrə keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir: 1) “Fərdi” kateqoriya” və 2) “Ümumi təhsil müəssisələri”.

 

Müsabiqə fondunun büdcəsi 1000000 (bir milyon) manat təşkil edir.

 

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 01.03.2021-01.04.2021 tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçirilir.