Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-01 10:33:00
Şagirdlər arasında Avropa Qızlar Riyaziyyat Olimpiadasına seçmə imtahanı keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə beynəlxalq olimpiadalara riyaziyyat fənni üzrə hazırlaşan şagirdlər arasında Avropa Qızlar Riyaziyyat Olimpiadasına seçmə imtahanı keçirilib.

 

Təhsil İnstitutundan AzEdu.az-a verilən məlumata görə, 2 gün davam edən imtahanın nəticələri əsasında ölkəmizi təmsil edəcək 4 şagird müəyyənləşəcək.

 

Qeyd edək ki, 2012-ci ildən keçirilən bu olimpiadaya məktəblilərimiz 2016-cı ildən etibarən qoşularaq bu günə qədər 4 bürünc medal və 4 həvəsləndirici mükafat qazanıblar. Bu il Avropa Qızlar Riyaziyyat Olimpiadası aprelin 9-15-də Gürcüstanın Kutaisi şəhərində hibrid formada baş tutacaq.

 

Fevralın 27-də isə Qafqaz Riyaziyyat Olimpiadasına aşağı yaş qrupu üzrə şagirdlərin seçmə imtahanı keçirilib. Təşkilati qaydalara əsasən, bu olimpiadaya hər bir yaş qrupu üzrə (aşağı və yuxarı) hər ölkədən 2 nəfər şagird qatıla bilər. 2015-ci ildən start götürən olimpiadaya məktəblilərimiz 2019-cu ildən etibarən qatılaraq bu günə qədər 3 qızıl, 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat əldə ediblər. Bu il Qafqaz Riyaziyyat Olimpiadası martın 12-17-də Rusiya Federasiyasının Maykop şəhərində onlayn formada keçiriləcək.