Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 09:30:00
27 mindən çox müəllim imtahan vermək üçün qeydiyyatdan keçib  

Xəbər verdiyimiz kimi müəllimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu üçün iyulun 2-dən elektron sənəd qəbuluna başlanılıb.  Qeydiyyat iyulun 8-də başa çatacaq.

AzEdu.az xəbər verir ki,  MİQ üzrə müsabiqə üçün hazırda 27.000-dən çox şəxs qeydiyyatdan keçib.

Qeyd edək ki, 2017-2018-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək məqsədilə 49 335 nəfər www.miq.edu.az saytı vasitəsilə qeydiyyatdan keçib. Cari tədris ili üçün keçirilmiş müsabiqədə 47 000 nəfərin elektron ərizəsi təsdiq olunub və onlar test imtahanı mərhələsinə buraxılıb. Müsabiqənin test imtahanı mərhələsində 40 000 nəfər iştirak edib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları