Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-18 13:00:00
“Yeni çağırışlar”da dünyaca məşhur təhsil tədqiqatçısı Pasi Sahlberg qonaq olacaq

Pasi Sahlberg “Uşaqlar oynasın: oyunlar məktəblərimizi xilas edəcək və uşaqları inkişaf etdirəcək” (Let the Children Play: How more play will save our schools and help children thrive) və "Müəllimlərə güvənirik: dünya səviyyəli məktəblər üçün Fin yolu”  (In Teachers We Trust: The Finnish way to world-class schools) kitablarının həmmüəlifidir.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, 2021-ci ildə “Fin dərsləri 3.0: dünya Finlandiyadakı təhsil dəyişikliyindən nələr öyrənə bilər?” (Finnish Lessons 3.0: What Can the World Learn from Educational Change in Finland) adlı yeni kitabı çap edilib.

 

Qeyd edək ki, “Yeni çağırışlar” T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az  ) tanış ola bilərsiniz.