Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-16 11:58:00
Evinin qarşısında oynayan məktəblini maşın vurub öldürdü - Foto

Ötən gün Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az-ın məlumatına görə, Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə evinin qarşısında oynayan 2013-cü il təvəllüdlü Nəcəfzadə Kənan Elnur oğlunu vurub. Azyaşlı xəstəxanaya çatdırılsa da, onun keçindiyi məlum olub.

 

Qeyd edək ki, Nəcəfzadə Kənan 2-ci sinif şagirdi olub.(qafqazinfo)