Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-15 16:57:00
Məktəblər zəruri hesab etdikləri əyani dərslərin sayını artıra bilərlər - Nazirlik  

Məktəblərdə qruplar şəklində olduqda əyani dərslərin sayının artırılması imkanı var. Bu məsələyə məktəb rəhbərliyi baxır, onlar zəruri hesab etdikləri əyani dərslərin sayını artıra bilərlər.

 

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin əməkdaşı Gülarə Xudiyeva deyib.

 

Onun sözlərinə görə, məktəblərə tövsiyə edilir ki, şagirdlər həftədə 2 dəfə məktəbə gedirlərsə, gün ərzində keçirilən dərslərin sayı 5 saatı aşmasın. Tövsiyələrə əsasən, həmin 2 gün ərzində 3-5 saat ən zəruri olan, şagirdlə müəllimin təması vacib bilinən fənlər məktəblərdə, qalan dərslər isə distant fomada tədris edilsin:

 

"Əyani formada 3-5, distant formada 5-6 saat olmaqla, şagirdlərin həftəlik dərs yükü bölünür. Məktəblərimizin bir çoxunda 5 günlük tədris həftəsi tətbiq olunurdu. Lakin indiki halda bir çox məktəblərimiz 6 günlük tədrisə keçirlər". (trend)