Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-13 17:55:00
İnzibati vəzifələr üzrə imtahanda iştirak etmək üçün 91 nəfər qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC və BA, BB qruplarına uyğun vəzifələr üzrə fevralın 19-da keçiriləcək test imtahanlarına qeydiyyat davam edir.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, A növünə (inzibati rəhbər) aid olan imtahan kompüter, B növünə (inzibati icraçı) aid olan imtahan isə kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

 

A növünə aid imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 18-i saat 14:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb. Bu gün saat 10:40-a olan məlumata görə, 91 nəfər (AA - 3, AB - 40, AC - 48) qeydiyyatdan keçib.

 

B növünə aid imtahanda iştirak etmək üçün 2000 yer ayrılıb. Qeydiyyat başa çatıb. İmtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqini qeydiyyat bitdikdən sonra müvafiq səhifədən yükləmək mümkündür.

 

Əlavə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.