Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-12 17:22:00
ADNSU-da 65 yaşdan yuxarı əməkdaşların COVID-19-a qarşı vaksinasiyasına başlanıldı

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) də 65 yaşdan yuxarı əməkdaşların COVID-19 infeksiyasına qarşı peyvənd olunması nəzərdə tutulub.

 

AzEdu.az xəbər verir ki, bu kateqoriyadan olan əməkdaşlar randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsidən qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçən əməkdaşlara  peyvənd olunacaq gün və dəqiq vaxtı bildiriləcəkdir. Universitetdə bu kateqoriyaya aid 200 nəfər professor-müəllim olmaqla  ümumilikdə 258  əməkdaş var.  

 

Xatırladaq ki, peyvəndlənmə dövlət hesabına həyata keçirilir, lakin bundan öncə ola biləcək riskləri azaltmaq məqsədi ilə peyvənd olunacaq şəxslər istənilən tibb müəssisəsində qanlarında antitellərin olmasını yoxlatdırmalıdırlar. Analiz nəticələri uyğun olan şəxslər peyvənd olunmalı, daha sonra isə bu barədə arayışı universitetə təqdim edilməlidirlər.

 

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Fevralın 8-dən isə vaksinasiyanın ikinci mərhələsinə start verilib.