Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-12 10:12:00
DİQ-ə hazırlaşanların NƏZƏRİNƏ-Qeydiyyat başa çatır

Cari ilin 10-13 fevral tarixlərində dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi həyata keçiriləcək.

 

AzEdu.az Təhsil nazirliyinə istinadən xəbər verir ki, ötən dövr ərzində ümumi təhsil müəssisələrində direktor vəzifəsi üzrə yeni vakant yerlər yarandığından həmin vakansiyaların cari ildə keçirilən müsabiqə üçün elan edilməsi nəzərdə tutulub. 2020-ci ilin 28 sentyabr - 5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçməyən, ərizəsini təsdiq etməyən namizədlərə elektron qeydiyyatı tamamlamaq, elektron ərizəsi qəbul edilmiş namizədlərə yenidən vakansiya seçimi etmək imkanı veriləcək. Həmin şəxslər vakansiya seçimi edərək 13 fevral tarixinədək elektron ərizələrini təsdiq etməlidirlər.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları