Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-11 16:39:00
Baş infeksionistdən şagirdlərlə bağlı TÖVSİYƏLƏR

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov məktəblərdə pandemiyanın düzgün idarə edilməsi ilə bağlı tövsiyələrini səsləndirib.

 

O, bildirib ki, xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində qaydalar tətbiq olunur:

 

“Qaydalara əməl etməklə uşaqların təhsil zamanı koronavirusa yoluxması minimuma endirilə bilər. Bu qaydalar məktəbdəki hər bir şəxsə aiddir. Temperaturu 37-dən yüksək olanlar məktəblərə buraxılmamalı, sosial məsafə qorunmalı, şagirdlər eyni parta arxasında oturmamalıdır”.

 

O qeyd edib ki, qaydalar var, məktəblərdə onların hər birinə ciddi şəkildə əməl edilməldir:

 

“Tədbirlərin görülməsi ona görə lazımdır ki, məktəblərdə yoluxma halları qeydə alınmasın”.

 

Oxu.az