Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-11 14:49:00
Məzunların karyera inkişafına dəstək tədbirləri davam etdirilir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi  (BDPTM)   “avtomobil” istiqaməti üzrə təhsilalanların peşəkar səviyyədə bilik və bacarıqlarını təkmilləşdirmələri yolunda mövcud imkanlarını genişləndirməyə davam edir.

          

AZEdu.az xəbər verir  ki, bu istiqamətdə həyata keçirilən fəaliyyətə dəstək məqsədilə BDPTM və “Carpoint Avto Servis” şirkəti arasında əməkdaşlıq əlaqələri qurulub. Əməkdaşlığın başlıca məqsədi Mərkəzin məzun və tələbələrinin işlə təmin olunmasına dəstək verməkdən ibarətdir.

          

Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə BDPTM peşəkar kadr hazırlığını təmin etmək, təhsilalanların praktiki bacarıqlarını inkişaf etdirmək, təcrübə proqramlarının təşkilinə və məzun tələbələrin işlə təmin olunmasına dəstək məqsədilə digər qabaqcıl avtomobil müəssisələri olan “Avtoluks Azərbaycan”, “Abşeron” Avtomobil Mərkəzi (Mercedes Benz), “İmprotex Motors” (BMW, BMW Motorrad Motorcycles, MINI, Rolls-Royce və Yamaha Motors), “Dream Auto” MMC, “Şərq Motors”, “Toyota Azərbaycan”, “Cahan Motors”, “Mitsubishi”, “Honda”, “Mazda”, “Subaru” və bu kimi digər avtomobil şirkətləri ilə də sıx əməkdaşlıq əlaqələrini davam etdirməkdədir.