Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-10 16:30:00
Azərbaycanda koronavirusa 147 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 147 yeni yoluxma faktı qeydə alınıb, 236 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə AzEdu.az-a  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 231 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 914 nəfər müalicə olunaraq sağalıb, 3 167 nəfər vəfat edib. Hazırda 2 428 aktiv xəstə var.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 298, bu günə qədər isə ümumilikdə 2 470 908 test icra olunub.