Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-10 16:15:00
“Universitetlərdə  ənənəvi  dərslərin  bərpası  xəstəliyi sürətlə yayacaq” – Təhsil  eksperti

 

“Pandemiya   yaratdığı  çətinliklə  təhsil  sahəsindəki  boşluğu və bu  sahənin  inkişaf  etdirilməsinin  vacibliyini  göstərdi”.

 

Bunu  AzEdu.az -a  açıqlamasında  təhsil  eksperti  Adil  Vəliyev  qeyd  edib.

 

O  bildirib  ki, illərdir  distant  təhsilin  vacibliyini  vurğulayırdıq  və  bu sistemin təhsilin inkişafına, dövlət  büdcəsinə  müsbət təsirini  qeyd  edirdik.

 

10-11 –ci  siniflərdə  ənənəvi  təhsilin  bərpası  onların  nəticələrinə  təsir  edəcək

 

Bildiyiniz  kimi,  məktəblərdə  dərslər növbəli  şəkil  qorunmaqla  ənənəvi  formada  başlanıldı. Qeyd  etmək  istəyirəm  ki, 10-11- ci  sinif  şagirdləri  istisna  olmaqla  aşağı  sinif  şagirdlərinin növbəlilik  prinsipi  qorunmaqla  ənənəvi şəkildə dərslərə davam etməsini  təmin etmək olar. 10-11-ci sinif şagirdləri fikrimcə, artıq özləri  üçün  plan-proqram  hazırlayıblar, məktəbə gəlmələri onların proqramında  dəyişiklik  etmələrinə  səbəb  olacaq  və  bu  dəyişiklik  onların nəticələrinə təsir edəcək.

 

"Bunu  universitetlərdə  etmək  mümkünsüzdür"

 

Mümkünsüzlüyün  əsas  səbəblərindən  biri  gənclərin  görüşərkən  yaxın təmasda olması, bəzilərinin orqanizmi  güclü  olduğu  üçün  xəstəliyi  özündə  hiss etməyərək  ailə  üzvlərinə  və  yaxınlarına  keçirmə  təhlükəsidir. Fikrimcə,  yaz  semestrində  universitetlərdə  dərslər  ənənəvi  formada  başlayarsa  rayonda  yaşayan  minlərlə  gənc  şəhərlərə  üz  tutacaq  ki,  bu  da  istər  ictimai nəqliyyatda,  istərsə  də  istirahət  mərkəzlərində  xəstəliyin  sürətlə  yayılmasına  səbəb  olacaq  və  biz  ən  başa  qayıtmış  olacağıq.

 

"Verilən  qərarları  iki  dəfə  düşünməliyik"

 

Başa düşüləndir  ki,  tələbələr  online  dərslərdən  yorulub. Yorulmalarının  əsas səbənlərindən  bəzi  məhdudiyyətlərin  olması  idi  ki, bu  məhdudiyyətlər  də qismən  aradan  qaldırılır. Əgər  bu  xəstəliyin  qısa  müddətdə  bitməsini istəyiriksə  verilən  qərarları  iki  dəfə düşünməliyik.

 

Qeyd  edək  ki, fevral  ayının  15-dən  etibarən  ali  təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar  və   təhsilalanların fiziki iştirakını tələb edən fənlər  üzrə  tədris (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada  bərpa olunacaq.