Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-09 16:20:00
Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində yeni dərzi emalatxanası yaradıldı

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Tekstil sektorunda keyfiyyətli kadrların hazırlanması üçün Sumqayıtda peşə təhsili müəssisəsində dərzi emalatxanasının qurulması” mini-qrant layihəsi çərçivəsində Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində dərzi ixtisası üzrə yeni emalatxana yaradılıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, layihə dərzi ixtisası üzrə müasir əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlara malik kadrların hazırlanması üçün həyata keçirilir. Layihənin əsas məqsədi gənclərin xüsusilə qadınların peşə təhsilinə cəlb edilməsi, onların məşğulluq imkanlarının artırılması və qadın sahibkarlığının inkişaf etdirilməsindən ibarətdir. Layihə çərçivəsində müasir tikiş avadanlıqları ilə təchiz olunan emalatxananın fevral ayından etibarən tam istifadəyə verilməsi nəzərdə tutulur.