Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-09 14:21:00
Tədrislə bağlı hələ də qüvvədə qalan qadağalar – Bunları unutmayaq

 

1 fevraldan ölkəmizdə ənənəvi tədris ibtidai siniflərdə bərpa edilib. Bunun davamı olaraq, 8 və 15 fevraldan  V və IX siniflərdə tədris prosesinə başlanılacaq.

 

Lakin pandemiya hələ də hökm sürdüyü üçün ənənəvi tədrisdə olan bir sıra qaydalara icazə verilmir.

 

AzEdu.az həmin qaydaları təqdim edir:

 

X və XI siniflərdə dərs onlayn formada tədris olunur. Buna səbəb isə yuxarı sinif şagirdləri arasında koronavirusun daha sürətli yayılmasıdır.

 

Bufetlərin fəaliyyətinə icazə verilmir. Belə ki, yeməkxanalarda sosial məsafəni gözləmək çətin olduğu üçün onların açılması məsələsi hələ ki, gündəmdə deyil.

 

Fiziki tərbiyə dərslərinin keçirilməsi Təhsil Nazirliyi tərəfindən məsləhət görülmür. Belə ki, Fiziki tərbiyə dərsi zamanı sosial məsafəni gözləməyin çətinliyi və təmasın yaxınlığı həmin fənnin keçirilməsini mıəhdudlaşdırır.

 

Təhsil müəssisələrdə olan idman zallarının, hovuzların və məktəb dərnəklərinin fəaliyyətinə də icazə verilmir.

 

Müəllimlərin və təhsil işçilərinin üz sipəri və maskasız dərs keçməsinə icazə verilmir.

 

Övladını pandemiya şəraitindən ənənəvi tədrisə cəlb etmək istəməyən valideynlər onlayn təhsil imkanından da yararlana bilməyəcəklər. Belə ki, ənənəvi təhsilə cəlb edilməyənlər üçün teledərslər yayımlanmayacaq.

 

 

 

 

  

Şükufə Süleymanlı
Müəllifin digər yazıları