Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-09 10:47:00
Bu gündən eşitmədə çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılır  

Fevralın 9-dan etibarən Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” telekanalında efirə gedən “Dərs vaxtı” proqramı çərçivəsində eşitmə çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılacaq.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, prosesə pedaqoji metod, üsul və vasitələrdən istifadə edərək eşitmə qavrayışını və nitqi inkişaf etdirən, tələffüzü formalaşdıran surdopedaqoqlar da cəlb olunub. Məqsəd çətinliklərə baxmayaraq, bütün uşaqların öyrənməsini təmin etməkdir.