Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-08 12:18:00
İnzibati rəhbər vəzifələr üzrə qeydiyyat davam edir  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC və BA, BB qruplarına uyğun vəzifələr üzrə fevralın 19-da keçiriləcək test imtahanlarına qeydiyyat davam edir.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, A növünə (inzibati rəhbər) aid imtahan kompüter, B növünə (inzibati icraçı) aid imtahan isə kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

 

A növünə aid imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 18-i saat 14:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb. Bu günə olan məlumata görə, 81 nəfər (AA - 3, AB - 36, AC - 42) qeydiyyatdan keçib.

 

B növünə aid imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 9-u saat 14:00-dək aparılacaq. İmtahanda iştirak üçün 2000 yer ayrılıb. İmtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqini qeydiyyat bitdikdən sonra qeydiyyat səhifəsindən yükləmək mümkündür.

 

Əlavə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.