Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-03 11:45:42
MİQ-lə bağlı qaranlıq qalan məqamlar – Müəllimlər ən çox nələrdən çəkinirlər?

Müəllimlər işə qəbulu üzrə elektron sənəd qəbulu artıq başlayıb. Buna baxmayaraq müəllimlərin əksəriyyəti hələ də bəzi suallara cavab tapmaqda çətinlik çəkirlər.

AzEdu.az MİQ-lə bağlı ən çox qaranlıq qalan məqamları diqqətə çatdırır:

Heç bir müəllim diaqnostik qiymətəndirilmənin nəticəsi ilə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində iştirak edə bilməz.

MİQ imtahanları 2 il müddətində qüvvədədir. Yəni bu il verdiyiniz imtahanın nəticəsi ilə gələn il rahat şəkildə imtahanda iştirak etmədən vakansiya seçimi edə bilərsiniz. III il isə imtahanda iştirak mütləqdir.

Miq.edu.az saytında hər yeni imtahan öncəsi istifadəçinin “iş nömrəsi”də buna uyğun olaraq yenilənir. Yeni imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib lazimi məlumatları daxil etdikdən sonra sizə yeni “iş nömrəsi” təqdim ediləcək. Bununla da əvvəlki MİQ-lərdə istifadə etdiyiniz “iş nömrəsi” qüvvədə olmayacaq.

MİQ imtahanında iştirak edib sonrada imtina edərsinizsə, iş yerinizi itirmək kimi halların baş vermə ehtimalı yoxdur.

Yenidən MİQ imtahanında iştirak edən müəllimin sonuncu  balı əsas götürülür və həmin müəllimin əvvəlki illərin nəticələrini seçmək şansı yoxdur.

Xatırladaq ki, MİQ üzrə elektron sənəd qəbulu  iyulun 8-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları