Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-05 17:02:00
ADNSU-nun İctimai Etimad Şurası onlayn imtahan prosesini izləyib - FOTO

Fevralın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin İctimai Etimad Şurası onlayn imtahan prosesini izləyib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, şura üzvləri –Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Nərminə Əliyeva, Məzahir Babayev, Bəhruz Nəzərov onlayn imtahan keçirilən auditoriyaları gəzib müəllim və tələbələrin imtahana hazırlığı, həmçinin onlayn imtahan prosesi üçün yaradılan şəraitlə tanış olublar.

 

Millət vəkilləri (İctimai Etimad Şurasının üzvləri) A.Mirzəzadə və  H.Babaoğlu ADNSU-da onlayn imtahanların gedişatını izlədikdən sonra fikirlərini bölüşüblər.  Onlar onlayn imtahan üçün yaradılan şəraiti, imtahana nəzarət prosesini, eyni zamanda müəllim və tələbələrinin onlayn imtahanlara hazırlığını yüksək qiymətləndiriblər.

 

Həmçinin, müəllimlər də imtahanların gedişatından və tələbələrin hazırlığından razı qaldıqlarını, imtahan zamanı hər hansı bir problem yaranmadığını bildiriblər.

 

Sonra İctimai Etimad Şurasının üzvləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüblər. Rektor M.Babanlı ADNSU-da onlayn imtahanların keçirilməsi üçün görülən işlər barədə İctimai Etimad Şurasının üzvlərinə məlumat verib.