Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-03 14:41:00
Gənclər Günü münasibəti ilə mükafatlandırılanlar arasınd ADNSU-nun əmkdaşı da var

2 fevral - Azərbaycan Gəncləri Günüdür. Hər il bu təqvim günündə ölkədə silsilə tədbirlər keçirilir. Həmçinin, gənclərin fəaliyyəti, onların ölkə idarəçiliyində  və ölkənin inkişafındakı rolu, həmçinin Azərbaycanda gənclər üçün yaradılan şərait və digər bu kimi məsələlər günün əsas mövzusu olur.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, fevralın 2-də bu münasibətlə ənənəvi olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tədbir keçirib. Onlayn keçirilən tədbirdə bir neçə gənc mükafatlandırılıb. Gənclər günü münasibəti ilə mükafatlandırılanlardan biri də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatlarının sədri Müqəddəs Əzizzadədir. M.Əzizzadə bir gənc olaraq ölkəmizdə gənclər üçün yaradılan şəraitdən yararlanaraq üzərinə düşən işi layiqincə yerinə yetirib. Həmçinin, universitetdə tələbə gənclərin formalaşması və inkişafı istiqamətində də töhfə verməyi bacarıb.