Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-03 14:28:00
Gənclər Günü münasibəti ilə ADNSU-nun şəhid məzunlarının ailələrinə baş çəkilib - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əmkdaşları Gənclər Günü münasibəti ilə Vətən müharibəsində şəhid olmuş ADNSU-nun bir neçə məzunun ailəsinə baş çəkiblər.

 

AzEdu.az xəbər verir ki, ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayevin rəhbərlik etdiyi univesitet əmkdaşları Bakıda yaşayan şəhidlərimizin ailələri ilə yanaşı, Salyan və Neftçala rayonlarına gedərək məzun şəhidlərimizin məzarını ziyarət ediblər, onların yaşadıqları evdə olublar.

 

Görüşlər zamanı şəhidlərimizin qəhrəmanlığından bəhs olunub, valideynləri, yaxın qohumları, həmçinin müəllimləri onlar haqqında xoş xatirlərəini bölüşüblər.

 

Qeyd edək ki, ADNSU-nun rektoru, professor Mustafa Babanlının göstərişi ilə məzun şəhidlərimizin ailələri ilə görüşlər bundan sonra da davam etdiriləcək, unversitetin diqqət və qayğısı onlardan əsirgənilməyəcək, şəhidlərimiz daima yad ediləcək.