Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-01 17:49:00
Quba məktəbliləri arasında ilk dəfə natiqlik forumu keçirlib - FOTO

Şagirdlər arasında özünü düzgün ifadə edə bilmək, auditoriya qarşısında nitq söyləmək, müxtəlif mövzularda tədqiqat aparmaq və təqdimat edə bilmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Quba məktəbliləri arasında ilk dəfə natiqlik forumu keçirlib.

 

AzEdu.az xəbər verir ki, forum Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi  çərçivəsində Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudova tərəfindən icra edilən “Sözün sehri”- şagirdlərin natiqlik və təqdimat bacarıqlarının inkişaf etdirilməsi” layihəsinə əsasən təşkil olunub.

 

Forumda əvvəlcə layihə rəhbəri N.Mahmudova şagirdlərin iştirakı ilə keçirilən təlimlər barədə məlumat verib.  Bildirib ki, layihəyə Quba şəhər 2,5,6 saylı, Quba rayonu Qəçrəş, Hacıqayıb, Alekseyevka, Bağbanlı, II Nügədi kənd 3 saylı tam orta məktəblərinin və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 8-11-ci siniflərində təhsil alan ümumilikdə 64 şagird qatılıb.

 

51 şagird “Yaxşı təhsil yalnız məktəblərdə verilə bilər” mövzusunda təqdimat işlərini təşkilat komitəsinə təhvil verib. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, 9 şagirdin təqdimat işləri mükafata layiq görülüb.

 

Rəsmi hissədə çıxış edən  Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bu kimi tədbirlərin şagirdərin fərdi inkişafında, natiqlik, araşdırma və təhliletmə qabiliyyətlərinin artırılmasında  müsbət əhəmiyətə malik olduğunu vurğulayıb. İdeyanın reallaşmasına görə layihə rəhbərinə, dəstəyə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirib.

 

Daha sonra şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirilib.

 

Münsiflər heyətinin qərarı ilə Quba şəhər  5 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Afət Rəhimova birinci, Quba rayonu Hacıqayıb kənd tam orta məktəbinin 11-ci sinif şagirdləri Ləman Niyətova və Zümrüd Bədəlova ikinci,  II Nügədi kənd 3 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Nərmin Yunusova,  6 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Süsən Xanmədova, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 10-cu sinif şagirdi Samirə Əliyeva, həmin liseyin 9-cu sinif şagirdi Sadıq Mahmudov, Hacıqayıb kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Şəfəq İbrahimova və Alekseyevka kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Könül Əzizova üçüncü yeri tutublar.

 

Əsasnaməyə uyğun olaraq məktəblər üzrə nominasiyada isə Hacıqayıb kənd tam orta məktəbi birinci,  Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey ikinci,   5 saylı tam orta məktəbi isə üçüncü dərəcəli diploma layiq görülüb.

 

Qaliblər kubok, medal, diplom və kitab hədiyyələri ilə təltif olunublar.

 

Azərbaycan müəllimi