Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-02 11:53:27
“Havanın bu qədər isti olması...”- Sabiq təhsil naziri səhhətindən danışdı

“Hələlik səhhətimlə bağlı hər şey qaydasındadır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı keçmiş təhsil naziri, professor  Firudin Cəlilov deyib. Sabiq təhsil naziri müalicəsinin hələ də davam etdiyini vurğulayıb:

“2 aydan bir Türkiyədə müalicə olunub, Vətənə qayıdıram. Hələlik səhhətimlə bağlı hər şey qaydasındadır. Sadəcə olaraq  havanın bu qədər isti olması  adamı çox darıxdırır” .

Qeyd edək ki, keçmiş təhsil naziri səhhətiylə əlaqədar bir müddətdir ki, Türkiyədə müalicə alır. O, 2015-ci ildə Ankarada ürəyindən əməliyyat olunduqdan sonra müalicə almaq üçün mütəmadi olaraq dövlət xətti ilə Türkiyəyə gedir.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları