Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-28 13:33:00
RTŞ rəhbəri görülən işlərdən danışdı:"Tam gücümüzlə məktəblərdə şagirdləri qəbul edə biləcəyik”

“Abşeron rayonunda 40 məktəb fəaliyyət göstərir. Ümumilikdə altmış yeddi min şagird təhsil alır. Bunlardan 28556-sı fevralın 1 -də ibtidai təhsil pilləsində, 3406-sı isə məktəbəqədər hazırlıq qruplarında əyani tədrisə cəlb olunacaqlar”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Abşeron təhsil şöbəsinin rəhbəri Nazilə Məmmədova “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda keçirilən seminarda deyib. O, məktəblərdə görülən hazırlıq işlərindən də danışdı:

 

“Məktəblərdə dezinfeksiya işləri aparılır, həmçinin lazımi tibbi preparatlarlar paylanılır. Pandemiya dönəmində Microsoft teams proqramında dərslərin keçirilməsi tədrisin aparılması prosesinə müsbət təsir etdi. Məktəblərdə istiliklə bağlı problem yoxdur, lakin bəzi texniki nöqsanlar vardı ki, onlar da həllini tapıb. Fevralın 1-dən tam gücümüzlə məktəblərdə şagirdləri qəbul edə biləcəyik”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları