Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-28 11:44:00
Məktəb direktorları ilə onlayn görüş keçirildi  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

 

İdarədən AzEdu.az-a  verilən məlumata 2020-2021-ci tədris ilinin I yarımilinin yekunlarına həsr olunmuş onlayn görüşdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

 

Görüşdə I yarımil ərzində distant təhsilin təşkili sahəsində görülən işlər, məktəbdaxili qiymətləndirmələrin və fənn olimpiadalarının nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, şagirdlərin elektron yerdəyişməsi, müəllim-şagird-valideyn münasibətlərinin düzgün formalaşması, qarşıda duran digər vəzifələr ətrafında müzakirələr aparılıb.

 

Onlayn görüşdə fevralın 1-dən başlayaraq ümumi təhsilin məktəbəhazırlıq qrupları və ibtidai təhsil üzrə tədris prosesinin bərpası ilə bağlı təhsil müəssisələrində görülən hazırlıq işlərindən də söhbət açılıb. Tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyindən bəhs olunub.