Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-26 14:36:00
"Tədrisin ənənəvi formasının bərpası" mövzusunda onlayn seminar keçiriləcək

27 yanvar saat 11:00-da Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda onlayn seminar keçiriləcək.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, seminarda iştirak üçün qeydiyyat prosesi bu gün  başa çatır. İştirak etmək istəyən media nümayəndələrindən bu gün  saat 18:00-dək müvafiq link vasitəsilə (https://bit.ly/369Vrfu) qeydiyyatdan keçmələri xahiş olunur.

 

Qeyd edək ki, onlayn seminara dair keçid yalnız qeydiyyatdan keçmiş  media nümayəndələrinə göndəriləcək.