Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-26 12:23:00
Direktorların işə qəbul müsabiqəsində keçid balı necə müəyyənləşdiriləcək?-RƏSMİ

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər/

 

Müsahibə mərhələsinin nəticəsinə əsasən, seçim ardıcıllığı nəzərə alınmadan komissiyanın qərarına uyğun olaraq namizədlər vakant yerlərə yerləşdirilirlər.

 

Müsabiqədə keçid balı nə qədərdir?

 

AzEdu.az Təhsil nazirliyinə istinadən xəbər verir ki,  Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları