Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-24 14:15:00
Koronavirusun ən təhlükəli mutasiyası HİV-lə müqayisə edildi

Koronavirusun ən təhlükəli mutasiyası - patogenin bədənin immunitet reaksiyasına qarşı müqavimətidir.


AzEdu.az oxu.az-a istinadən bildirir ki, bu barədə terapevt, klinik farmakoloq Andrey Kondraxin bildirib.


"Bu HİV-dəki kimidir. Virus qəfil daha çox yoluxucu olmaqla yanaşı, həm də daha davamlı olur və anticisimlərə qarşı yeni müdafiə mexanizmləri yaradır", - deyə o, qeyd edib.


Həkimin sözlərinə görə, koronavirusun bu qədər yoluxucu olması üçün ən real variant digər xəstə ilə təkbətək ünsiyyətdir.